"Bakcell"in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

"Bakcell"in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internetBakcell özünün yenilənmiş Klass tarifləri vasitəsilə indi eyni qiymətə daha çox internet və dəqiqə təklif edir.

Bundan sonra, Bakcell abunəçiləri istifadə etdikləri Klass paketlərində daha çox internet və dəqiqə əldə edərək ölkənin ən sürətli mobil şəbəkəsinin potensialından və üstün müştəri təcrübəsindən yararlana biləcəklər. Yeni Klass tarifləri aşağıdakı üstünlükləri təqdim edir:

- "Klass 10" (əvvəlki "Klass XL" tarifi): ayda 10 manata 1 GB İnternet və 250 dəqiqə əvəzinə 2 GB İnternet və 300 ölkədaxili dəqiqə;

- "Klass 25" (əvvəlki "Klass XXL"): ayda 25 manata 2 GB İnternet və 750 dəqiqə əvəzinə 15 GB İnternet, 800 şəbəkədaxili və 250 şəbəkəxarici dəqiqə;

- "Klass 50" (əvvəlki "Klass 3XL"): ayda 50 manata 10 GB İnternet və 2000 dəqiqə əvəzinə 20 GB İnternet, şəbəkədaxili zənglər üçün 2500 dəqiqə, şəbəkəxarici zənglər üçün 500 dəqiqə və rouminqdə 2 GB İnternet trafiki (1GB əvəzinə);

- "Klass 5" (əvvəlki "Klass L"): ayda cəmi 5 manata 100 ölkədaxili dəqiqə və 500 MB (200 MB əvəzinə).
Bundan əlavə, Bakcell tam yeni "Klass 15" tarifini təqdim edib. Bu tarif sayəsində abunəçilər ayda 15 AZN ödəməklə ölkədaxili zənglər üçün 450 dəqiqə və 5 GB İnternet əldə edəcəklər.

Yeni Klass tarifləri və qoşulma şərtləri barədə daha ətraflı məlumat https://www.bakcell.com/klass/az/klass/ səhifəsində yerləşdirilib.

"Biz müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını nəzərə alaraq şirkətimizin təqdim etdiyi müştəri təcrübəsinin təkmillləşdirilməsi üzərində daim çalışırıq. "Klass" tarifinin istifadəçiləri indi eyni qiymətə daha çox internet trafiki və dəqiqə əldə edərək Azərbaycanın ən sürətli mobil şəbəkəsinin üstünlüklərindən daha sərfəli şərtlərlə yararlanacaqlar. Yenilənmiş "Klass" tarifləri yerli bazarın ən sərfəli və rahat təkliflərindən biridir", deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

Qeyd edək ki, bütün Klass tariflərində limitsiz WhatsApp yazışması (yalnız mətn) pulsuzdur. "Klass 50" paketinin istifadəçiləri isə "WhatsApp"dan pulsuz və limitsiz olaraq istifadə etmək imkanına malikdirlər.

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daim inkişaf etdirərək abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edir. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülən Bakcell şəbəkəsi bunun üçün bütün texniki imkanlara malikdir.
***
Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1483   Tarix: 14 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah bəzi yollar buz bağlayacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 16-da gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

17:00 107
.

Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı SƏRƏNCAM

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. "Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-c

15:52 122
.

Məşhur aktrisa ikinci dəfə ana olub?

Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla

17:23 119
.

Rusiyayönlü siyasət Avropada narahatlıq yaratdı

Macarıstanın baş naziri Viktor Orbanın siyasi baxışları və mövqeyi Avropa Birliyindən (AB) daha çox Moskva ilə yaxınlıq təşkil edir. xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın Sky News telekanalına açıqlamasında Polşanın ədliyyə naziri Valdemar Žurek səsləndirib. "Bu gü

18:30 1
.

Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs

13:18 415
.

Pezeşkianın qızı ilə kürəkəninin bu görüntüləri müzakirə yaratdı - Video

İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian və onun həyat yoldaşı Həsən Məcidinin Qazaxıstanda milli geyim salonunda çəkilmiş görüntüləri maraqla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, onların mağazanı ziyarət etməsinin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. İranda iqtisad

17:08 109
.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

10:58 416
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 306
.

Yeni ili ölkədə yoxsa xaricdə qeyd etmək daha sərfəlidir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

Yeni ilə sayılı günlər qalır. Hər il olduğu kimi yeni ili evdə qeyd edənlərlə yanaşı əksər insanlar yeni ili müxtəlif rayonlarda və xaricdə qeyd etməyə üstünlük verir. Ölkə daxilində isə restoranlar, otel və istirahət mərkəzləri hər il olduğu kimi bayram öncəsi qiymətləri artırırlar. Bəs görəsən bu i

12:54 186
.

TOP MP3