Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
BiG.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Tərəflər Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatın müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər", - nazirlikdən bildirilib.
BiG.Az


Xəbərlər Baxılıb: 332 Tarix: 05 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş