Bir ayağı olmayan qazi bu görüntülərindən danışdı - VİDEO
Sosial şəbəkədə əlil bir qazinin qələbə sevincini göz yaşları içində bir zabitlə paylaşması görüntüsü neçə gündür ən çox paylaşılanlar sırasındadır.
BiG.AZ xəbər verir ki, bir ayağı olmayan qazi digər ayağı üzərində dostunun üzərinə atılır və hönkürür. Ötən gün isə qazi Gəncədə şəhidləri anarkən görüntülənib.
O bildirib ki, yayılan görüntülərin çəkilməsindən xəbəri olmayıb:
"Anar dostumdur. Müharibə başlayandan ondan xəbər yox idi. Nə şəhid olduğu, nə itkin düşüyü bilinirdi. Ailəsi də ondan xəbər ala bilmirdi. Dünən Anar zəng etdi ki, salamatam və hərbi hissəyə gəlmişəm. Getdim onu görməyə, Anar güclü döyüşüb. Biz bilmirdik ki, kənardan çəkiliş var. Sevindiyimdən özümü saxlaya bilmədim, onun qucağına atdandım".
Axşam.az
BiG.Az


Xəbərlər Baxılıb: 587 Tarix: 05 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş