Kəlbəcərdə erməni keşişlərlə mübahisə - VİDEO

Kəlbəcərdə erməni keşişlərlə mübahisə - VİDEOBu gün Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərdə səfərdə olublar.

Big.az "Report"a istinadən xəbər verir ki, onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət ediblər.

Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb.

Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1766   Tarix: 04 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş