Bakıda küçədə kişi meyiti tapıldı
Bakının Nizami rayonu, Qara Qarayev prospektində, 31 saylı yaşayış binasının qarşısında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb.
BiG.AZ xəbər verir ki, Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Təxminən 30-35 yaşlarında olan kişinin kimliyi hələ müəyyənləşməyib, lakin ümumi görünüşünə əsasən məhkəmə tibb ekspertləri onun sərgərdan həyat tərzi keçirən olduğu qənaətinə gəliblər. İlkin ehtimala görə, o qaraciyər serrozundan ölüb.
BiG.Az


Xəbərlər Baxılıb: 831 Tarix: 02 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş