Prezident köməkçisi ilə görüşən bloger APARICILIQ EDƏCƏK - FOTO-VİDEO

Prezident köməkçisi ilə görüşən bloger APARICILIQ EDƏCƏK - FOTO-VİDEODaim yumoristik video dublyajlarıyla izləyicilərin üzünü güldürən və Prezident Adminstrasiyasına dəvət olunmasıyla yadda qalan bloger Ərtoğrul Kamalov aparıcılıq edəcək.

Prezident köməkçisi ilə görüşən bloger APARICILIQ EDƏCƏK - FOTO-VİDEOBiG.AZ xəbər verir ki, bu barədə o özünün "Facebook" səhifəsində yazıb:

Prezident köməkçisi ilə görüşən bloger APARICILIQ EDƏCƏK - FOTO-VİDEO"Dostlar, həftənin 2-ci günündən etibarən, yəni 1 dekabrdan artıq "Space TV" kanalında "Günaydın. Azərbaycan" verilişinin aparıcısı olaraq qarşınızda olacam.. Əlbəttə ki, Fira Cəlilova ilə birgə. Xeyirli-uğurlu olsun".

Biz də BİG.AZ kollektivi olaraq, ona işlərində uğurlar arzu edirik.

Prezident köməkçisi ilə görüşən bloger APARICILIQ EDƏCƏK - FOTO-VİDEOQeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı hazırladığı satirik videolar bir müddət öncə Prezidentin Köməkçisi tərəfindən müsbət qiymətləndirilmişdi. Brifinqlərin birində Prezidentin köməkçisi Hikmət Hacıyev onu Prezident Adminstrasiyasına dəvət etmiş və onunla şəxsən tanış olmaq istədiklərini vurğulamışdı. Daha sonra isə görüş baş tutmuşdu. Bundan sonra Ərtoğrul Kamalov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunmuşdu.

Prezident köməkçisi ilə görüşən bloger APARICILIQ EDƏCƏK - FOTO-VİDEOOnu da vurğulayaq ki, "Space" televiziyası ilə yeni əməkdaşlıq quran BiG.AZ dəfələrlə həmin verilişin "Media otağı"nda saytın redaktoru Aytən Sakitqızı və müxbiri Türkay Həsənovla birlikdə canlı olaraq izləyiciləri ən son xəbərlərlə tanış edib.

Prezident köməkçisi ilə görüşən bloger APARICILIQ EDƏCƏK - FOTO-VİDEO

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2110   Tarix: 28 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş