Övladını itirən model PİS VƏZİYYƏTDƏ - FOTO
Aparıcı və model Krissi Tayqen hazırda çətin anlar yaşayır.
BiG.AZ xəbər verir ki, bir müddət əvvəl yeni doğulan körpəsini itirən 34 yaşlı model depressiyaya düşüb. O, bununla bağlı sosial media hesabında paylaşım edib:
"Dərin depressiyada olduğum üçün tez-tez paylaşımlar edə bilmirəm. Lakin narahtlığa heç bir əsas yoxdur. Həkimlərin dəstəyi ilə tezliklə sağalacağımı ümid edirəm. Sizi sevirəm və hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, Krissi Tayqen bəstəkar Con Lecendlə evliliyindən olan körpəsini ötən ay itirib.
BiG.Az


Şou biznes Baxılıb: 1872 Tarix: 27 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş