Maradona üçün təcili yardım yarım saatdan sonra gəlib
Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradona üçün təcili yardım gec gəlib.
Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Matias Morla tvitterdə yazıb.
O bildirib ki, təcili yardımın gəlməsi 30 dəqiqədən çox çəkib. Morla bunu axmaqlıq adlandırıb. "Bu, nəticəsiz qalmamalıdır. Bütün halların sona qədər araşdırılmasını istəyəcəyəm".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.
BiG.Az


İdman Baxılıb: 1071 Tarix: 26 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş