Maradonanın vida mərasimində bir milyon insanın iştirakı gözlənilir

Maradonanın vida mərasimində bir milyon insanın iştirakı gözlənilirÖtən gün dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində bir milyona yaxın insanın iştirak edəcəyi gözlənilir.

"Report" "La Nacion" nəşrinə istinadən xəbər verir ki, səlahiyyətli orqanlar koronavirus pandemiyası şəraitində matəm tədbirinin təşkili üzərində işləyirlər.

Mərasimin bir neçə gün də davam edəcəyi istisna olunmur.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 790   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş