Fulya Öztürk koronavirusa yoluxdu

Fulya Öztürk koronavirusa yoluxduQarabağ müharibəsində Azərbaycanda hər kəsin sevimli jurnalistinə çevrilən "CNN Türk"ün əməkdaşı Fulya Öztürk koronavirusa yoluxub.

BiG.AZ xəbər verir ki, Fulya bu barədə məlumatı sosial şəbəkədə xəstəxanada çəkilən fotosunu paylaşaraq məlumat verib:

"Ötən həftənin bazar günü Azərbaycandan qayıtdıq. Gəlməmişdən əvvəl test etdirmişdik, neqativ çıxmışdı. İçimdə şübhə var idi. Məlumdur ki, orada mənə qarşı xüsusi enerji və sevgi var idi. Qarşılıqlı, gözəl duyğular yaşadıq. Əhalinin sıx olduğu yerlərdə olmağa məcbur idim. Şəkil çəkdirərkən, bütün lazımı qaydalara riayət etməyimə baxmayaraq, virusa yoluxdum. Bu gün xəstəxanadan çıxdım. Hazırda özümü yaxşı hiss edirəm". /Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 958   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş