Ənənəvi təhsilə nə vaxt qayıdacağıq? - AÇIQLAMA

Ənənəvi təhsilə nə vaxt qayıdacağıq? - AÇIQLAMAÖlkədə mövcud pandemiya səbəbindən bütün təhsil müəssisələrində təhsil distant şəkildə aparılır. Mütəxəssislər praktiki təhsilin labüd olduğu ixtisaslarda oxuyan tələbələrin distant təhsil zamanı öz peşələrinə lazımınca yiyələnə bilmədiklərini qeyd edirlər.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bəzi ixtisaslarda ənənəvi qaydada təhsilə üstünlük verilməlidir:

"Məsələn, Tibb Universitetində müalicə işi, əczaçılıq, stomatologiya kimi ixtisasların distant formada tədrisi tələbələrə nəsə qazandırmır. Nəzərə alsaq ki, belə hallarda qərarverici şəxs birbaşa universitetin özüdür, ona görə də düşünürəm ki, hansı ixtisaslarda praktiki üsullar tələb olunur, belə ixtisasların tələbələrini mütləq ənənəvi qaydada tədrisə cəlb etmək lazımdır.

Biz tələbəni tam ixtisaslı kadr kimi yetişdirmək istəyiriksə, normalda keçirilən təcrübə proqramlarının müddəti mütləq şəkildə uzadılmalıdır. Əks halda bu formada təhsil alan tələbəni hansısa cərrahiyyə əməliyyatına kortəbii şəkildə buraxa bilmərik".

Ekspert bildirib ki, bu istiqamətdə digər ölkələrin təcrübələri öyrənilir, müəyyən addımların atılması zəruri hesab olunur:

"Ən azından bəzi sahələri bağlayıb, təhsildə ənənəvi qaydaya keçmək vacibdir. Lakin ölkəmizdə dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir. Yalnız mart ayından sonra hansısa dəyişikliklər ola bilər".(Axar.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2191   Tarix: 24 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568