Lerikdə maşın dərəyə aşdı, sürücü öldü

Lerikdə maşın dərəyə aşdı, sürücü öldüLerik rayonunda yol qəzası baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə Piran kəndindən qışlaq yoluna qalxan hissədə qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək təxminən 90 metr hündürlükdən aşağı dərəyə yuvarlanıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisəyə hava şəraitinin yağıntılı olması ilkin səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş