Azərbaycanın xalq artisti evində huşsuz vəziyyətdə tapılıb - FOTO

Azərbaycanın xalq artisti evində huşsuz vəziyyətdə tapılıb - FOTOXalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, 2-3 gün ərzində aktrisadan xəbər olmayıb. Bu gün qonşuları və yaxınları Fövqəladə Hallar Nazirliyinə, eləcə də polis əməkdaşlarına müraciət etdikdən sonra aktrisanın yaşadığı mənzilin qapısı açılıb. Səfurə İbrahimova evində döşəməyə yıxılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, 81 yaşlı aktrisanın vəziyyətinin hazırda yaxşı olduğu bildirilir. O, uzun müddətdir yaradıcılığına son verib və ictimaiyyət arasına çıxmır.(axşam.az)

Azərbaycanın xalq artisti evində huşsuz vəziyyətdə tapılıb - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5343   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş