Aktyor evləndi - Fotolar

Aktyor evləndi - FotolarMəşhur aktyor Emre Karayel memar sevgilisi Gizem Demirci ilə evlənib.

İyulda nişanlanan cütlük nigah masasına oturub. Mərasimdə Emre və Gizemin ailə üzvləri, yaxınları və dostları iştirak edib. Nigah Türkiyənin Beylerbeyi səmtində yerləşən otellərdən birində keçirilib. Emre Karayel xoş günü ilə bağlı bu sözləri bildirib.

"Hamınız bilirsiniz ki, bu şad günü illlərdir gözləyirik. Biz 8 il əvvəl bu münasibətə başladıq. Çox həyəcanlıyam, nə deyəcəyimi bilmirəm. Koronavirus səbəbi ilə nigah mərasimimizi ailə içində keçirməyi qərara aldıq. Sonra birlikdə yenidən qeyd edərik"

Qeyd edək ki, cütlüyün nigah mərasimdinən sonra balayı üçün Bodruma yollanacağı bildirilib.(axşam.az)

Aktyor evləndi - FotolarAktyor evləndi - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2290   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş