Ukraynada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı

Ukraynada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındıUkraynada ötən 24 saat ərzində 14 580 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, son sutkada 215 nəfər COVID-19-dan vəfat edib.

"Ümumiyyətlə 610 uşaq və 590 tibbi işçisi koronavirusa yoluxub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 72 minə yaxın test aparılıb.

İndiyədək ümumilikdə 612 665 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 313 nəfər müalicə olunaraq sağalıb, 10 813 nəfər vəfat edib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 302   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş