Mixeil Saakaşvili: "Gürcüstanda hakimiyyət dəyişir"

Mixeil Saakaşvili: "Gürcüstanda hakimiyyət dəyişir"""Gürcü Arzusu" bu gün parlament seçkilərində uduzub".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: "Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək".

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1497   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş