Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"

Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"Əvvəllər xəbər verildiyi kimi, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, istintaq zamanı Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən muzdlu Vaaqn Çaxalyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində rayon məhkəməsi tərəfindən qiyabı olaraq həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

"Bəzi kütləvi informasiya vasitələrində Vaaqn Caxalyanın döyüş əməliyyatları zamanı öldürülməsi, habelə Gürcüstan Respublikasının vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı aparılan araşdırma zamanı Gürcüstan Baş Prokurorluğundan alınmış şifahi məlumata əsasən məlum olub ki, Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmiş, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam verib. Daha sonra Vaaqn Çaxalyan Gürcüstanın müvafiq dövlət qurumlarına müraciət edərək həmin ölkənin vətəndaşlığının bərpa edilməsini xahiş edib, lakin 2020-ci ilin iyun ayında onun müraciətinə mahiyyəti üzrə baxılmaqla imtina edilib.

Vaaqn Çaxalyanın öldürülməsi ilə bağlı 25.10.2020-ci il tarixdə Gürcüstan media səhifələrində yayılan məlumatla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Gürcüstan Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində həmin məlumat öz təsdiqini tapmayıb.

Hətta bundan bir neçə gün sonra V.Çaxalyanın "Facebook" sosial şəbəkəsindəki hesabında döyüş əməliyyatlarında iştirakını davam etdirməsinə dair informasiya yerləşdirilib.

Odur ki, Vaaqn Çaxalyanla əlaqədar istintaq edilən cinayət işi üzrə Gürcüstan Baş Prokurorluğuna hüquqi yardım haqqında rəsmi vəsatət verilmiş və vəsatətin icrası ilə bağlı Gürcüstan Baş Prokurorluğu ilə mütəmadi olaraq əlaqə saxlanılır.

Hazırda Vaaqn Çaxalyan beynəlxalq axtarışda olmaqla Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi üzrə istintaq davam etdirilir" dey, məlumatda qeyd olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589