İzmirdəki zəlzələdə ölən və yaralananların sayı - YENİLƏNİB

İzmirdəki zəlzələdə ölən və yaralananların sayı - YENİLƏNİBİzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 804-ə, ölənlərin sayı 24 nəfərə çatıb.

23:47

İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.

23:20

İzmirdə baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb.

21:16

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralıların sayı 419-a yüksəlib.

Qurumdan həmçinin 17 binada axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunub.

20:57

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 321-ə çatıb.

Big.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

Bildirilib ki, dağılmış və zərər görmüş 12 binada axtarış-xilasetmə işləri davam etdirilir.

20:28

İzmirdə zəlzələ nəticəsində daha 2 nəfərin öldüyü məlum olub.

Big.az "Report"a istinadən xəbər verir ki, yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.

Məlumata görə, yaralıların sayı isə 202-yə çatıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4034   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş