Prezident təqaüdünə layiq görülən tələbələr bu universitetlərdə oxuyurlar - SİYAHI

Prezident təqaüdünə layiq görülən tələbələr bu universitetlərdə oxuyurlar - SİYAHIXəbər verdilyi kimi, 2020-ci il oktyabrın 29-da 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.

Dövlət İmtahan Mərkəzindən BiG.AZ-a bildirilib ki, hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır:

"Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1739 nəfər 600 və daha yuxarı bal toplamışdır. Onlardan 206 nəfər məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır. Sevindirici haldır ki, bu məzunların əksəriyyətini artıq məcburi köçkün hesab etməyə də bilərik. Çünki hazırda rəşadətli Azərbaycan Ordusu tərəfindən həmin rayonların əksər hissəsi düşməndən azad edilib. Yüksək bal toplayan abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edir. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 966 nəfər olub.

Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 612 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 216 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 555 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 356 nəfər olub.

Qeyd edək ki, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılmışdı. Təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb.

Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.

Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 21 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərdən 43 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 10 nəfər kənd məktəblərinin məzunlarıdır), 3 nəfər bir valideyni əlil olan ailədən, 1 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, sürücü, mühafizəçi, aşpaz, usta, bərbər və digər ailələrdən olan məzunlardır. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Təqaüdçülərdən 59 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Abşeronda yerləşən məktəblərin məzunlarından 8, Sumqayıtda yerləşən məktəblərin məzunlarından 7, Qəbələdə yerləşən məktəblərin məzunlarından 5, Naxçıvanda yerləşən məktəblərin məzunlarından 4 nəfəri bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə keçmiş işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.

Xatırladaq ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Bakı Ali Neft Məktəbinə, 20 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 8 nəfər ADA Universitetinə, 5 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Azərbaycan Dillər Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, qəbul olunub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1131   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 254
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 602
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 817
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 216
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 281
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 407
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 727
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 481
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 360