"Yas içində toy çaldırdınız"- Bu VİDEO aparıcını qəzəbləndirdi

"Yas içində toy çaldırdınız"- Bu VİDEO aparıcını qəzəbləndirdiAparıcı Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı video hamının qəzəbinə səbəb olub.

BiG.AZ xəbər verir ki, aparıcı "İnstagram" hesabında Borçalıda baş tutan toydan video paylaşaraq, haqlı iradını bildirib.

"Mən Borçalı qızıyam, amma ayıbıma kor ola bilmədim!

Əvvəla Azərbaycanda hələ xonçası oynamamış, çırağı yanmamış oğullar şəhid olur. Xınası islanmamış, çiçəyi burnunda, qönçə qızlarımız başına qırmızı kəlağayı örtməyə həsrət qaldığı halda, qara yaylıq bağlayırlar və şəhid nişanlısı olurlar.

Bəs son bir ayda təkcə Borçalı mahalından 50-yə yaxın, başda polkovnik İlqar Mirzəyev olmaqla, Qarabağ uğrunda şəhid olan qardaşlarımızın ruhundan utanmadınızmı?

Bunların nə ayıbı var ki, yas içində toy çaldırdınız?

Axı şəhidlərin qanı qurumamış, cəsədi soyumamış onları torpaq uddu"

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 23436   Tarix: 29 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş