Bakıda azyaşlı qızların sırğalarını oğurlayanlar saxlanıldı

Bakıda azyaşlı qızların sırğalarını oğurlayanlar saxlanıldıBakıda azyaşlı qızlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş