Ermənistanda bir gündə rekord sayda insan koronavirusdan ölüb

Ermənistanda bir gündə rekord sayda insan koronavirusdan ölübErmənistanda daha 1 600 nəfərdə koronavirus aşkarlanıb.

BiG.AZ xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 80 410-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 26 nəfər artaraq 1 222-yə çatıb. İndiyədək 51 814 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 26 452 aktiv koronavirus xəstəsi var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 27 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş