Bu ölkədə aborta qadağaya görə etirazlar başladı - FOTO/VİDEO
Dölün qüsurları səbəbindən abort qadağasına etiraz edən minlərlə polşalı ölkənin müxtləif şəhərlərində etiraz aksiyası keçirib.
BiG.AZ xəbər verir ki, bu barədə "The Sun" xəbər yayıb.
Etirazlar Varşava, Qdansk, Poznan və digər şəhərlərdə baş tutub.
Feministlər və insan hüquqları müdafiəçiləri abortları dəstəkləyən yazılarla, kilsələrin önündə də oturaraq etiraz ediblər.
"Mənim bədənim-mənim seçimim", "Kilsə, siyasətdən rədd ol" şüarları səsləndirən nümayişçilər bəzi kilsələrdə bazar ibadətini dayandırıblar.
Polisin etirazı zorakılıqla dağıtdığı, 15 nəfərin nəzarətə götürüldüyü bildirilib.
Xatırladaq ki, Polşada dölün xəstəliyinə görə abortu qadağan edilib.
BiG.Az


Xəbərlər Baxılıb: 2225 Tarix: 26 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş