Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir
Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.
BiG.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir.
Bildirilib ki, bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur:
"Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir".
Nazir müavini qeyd edib ki, füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarıbülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.
Eyni zamanda V.Kərimov onu da bildirib ki, respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib:
"İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDərim niyə quruyur? Bilmədiyiniz SƏBƏBLƏR
Dərinin quru, normal və ya yağlı olması genetik xüsusiyyətdir. Lakin bəzən yağlı və ya normal dərisi olan insan fikir verir ki, dərisi həddindən artıq quru olub, qabıq verməyə və çatlamağa başlayıb. Adətən insanlar (xüsusilə qadınlar) belə vəziyyətdə dərini nəmləndirmək üçün müxtəlif maska və kremlər
24.03.2021 1731 Gözətçi pəncərədən özünü atan uşağı tutdu - ANBAAN VİDEO
Çinin Şandun əyalətində uşaq bağçasın gözətçisi üçüncü mərtəbədən atlanan oğlanı tutaraq xilas edib. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır. Belə ki, tualetə gedən uşaq təsadüfən bağlı qapı arxasında qalıb. O, pəncərədən çıxmaq qərarına gəlib və onu sakitləşdirməyə çalışan müəllimləri
05.11.2020 2218 Karantin rejiminin yumşaldılması ilə Bakıda kirayə mənzillərin qiyməti qalxacaq?
Azərbaycanda karantin rejiminin mərhələli şəkildə yumşaldılması, bir sıra sahələrin fəaliyyətinə icazə verilməsi ölkə üzrə iqtisadi fəallığı artıracaq. İqtisadi fəallığın artmasının müxtəlif sahələrdə məhsul və xidmətlərin qiymətinə necə təsir edəcəyi müzakirə mövzusudur. BİG.AZ xəbər verir ki, əmla
31.01.2021 992 Bu şəxslərə xurma yemək olmaz - Təhlükəsi
Yapon xurması adlanan, Azərbaycanda bol yetişən sarı xurma çox faydalı olsa da, bu mövsüm meyvəsi bir çox insanlara zərərlidir. -a stinadən xəbər verir ki, xurma böyrəkləri xəstə olanlara olımaz. Çünki o təbii sidikqovucu olduğu üçün bədəndə artıq mayeni qovduğu üçün böyrəkləri yükləyə bilər. Eləcə d
20.11.2020 3353 Hikmət Hacıyev ötən günün müharibə cinayətlərinin statistikasını AÇIQLADI
Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir. -ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. O qeyd edib ki, 2
21.10.2020 1032 Vilayət Eyvazovdan daha bir TƏYİNAT
Daxili İşlər Nazirliyində növbəti kadr islahatı aparılıb. -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Azay Ağayev vəzifəsindən azad edilib. Nazirin digər əmr
09.02.2021 1303 Mehriban Əliyeva xalqı TƏBRİK ETDİ
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Konstitusiya günü münasibəti ilə xalqı təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz həmvətənlər!. Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram
12.11.2020 2041 Kiyev Azərbaycanlıları Konqresindən yaralı döyüşçülərə dəstək
Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər. xəbər verir ki, bununla bağlı Diasporla İş Üzr
05.11.2020 926 Bakıda oğul atasını öldürdü
Martın 22-də Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlunun təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə -a Xəzər rayon Prokurorluğundan məlumat verilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini
23.03.2021 1042