Baş infeksionistdən əhaliyə MÜRACİƏT

Baş infeksionistdən əhaliyə MÜRACİƏTƏhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların Ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.

BiG.AZ xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbiçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür:

"Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın olar. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu, baş verməsin, kütləvi hal almasın. Çünki bu məsələ müharibə vəziyyətində olan Ordumuzun döyüş qabiliyyətinə təsir etməklə ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri son nəticədə Qarabağda qələbəmizi yaxınlaşdırır".

T.Eyvazov hesab edir ki, arxa cəbhədə koronavirus infeksiyasından qorunmanın ən effektiv yolu insanlar arasında təmasların minimuma endirilməsi və karantin qaydalarına ciddi əməl olunmasıdır:

"Yəni maskadan düzgün istifdə olunması, sosial məsafənin gözlənilməsi, asqırdıqda, öskürdükdə burun və ağzın örtülməsi, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq, əllərin gigiyenası, xəstəlik əlamətlərini hiss özündə etdikdə həkimə dərhal müraciət etmək və s. lazımdır".

"Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Özümüzün, yaxınlarımızın qayğısına qalaq, problemə qarşı birgə mübarizə edək. Buna öz nizam-intizamımız ilə nail olmaq mümkündür. Belə kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Belə ki, hamı üçün əsas tövsiyə insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bundan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək-birlikdə güclü olaq! Koronavirusa qalib gələk!", - baş infeksionist qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 276
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 782
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 383