Azərbaycanda PUA-ya "İti qovan" adı verildi - FOTO

Azərbaycanda PUA-ya "İti qovan" adı verildi - FOTOMöhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir.

BiG.AZ xəbər verir ki, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik "İti qovan" Pilotsuz Uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb.

Hazırda "İti qovan" PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.

Azərbaycanda PUA-ya "İti qovan" adı verildi - FOTOAzərbaycanda PUA-ya "İti qovan" adı verildi - FOTOAzərbaycanda PUA-ya "İti qovan" adı verildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1820   Tarix: 22 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş