Qarabağ münaqişəsi: Dinlərarası yox, beynəlxalq hüquq uğrunda mübarizə

Qarabağ münaqişəsi: Dinlərarası yox, beynəlxalq hüquq uğrunda mübarizəBeynəlxalq hüquqa və ərazilər üzərində suveren nəzarətə əsaslanan mövcud müharibənin dini qarşıdurma olduğunu iddia etmək tamamilə səhvdir.

"Report" xəbər verir ki, bu barədə Brüsseldə yerləşən "International Foundation for Better Governance" Fondunun "Armenia-Azerbaijan Conflict: A Fight about International Law not Religion" adlı məqaləsində deyilir.

Məqalə müəlliflərinin fikrincə, bu kontekstdə ermənilərin Şuşadakı kilsənin atəşə tutulması ilə bağlı ittihamları köhnə yara izlərini yenidən açmaq və müharibənin mövcud olmayan dini motivlərini yenidən alovlandırmaq riski daşıyır.

"Bu regional münaqişədəki vasitəçilərin ərazilər və suverenliklə bağlı hüquqi məsələlərlə məşğul olması və tərəflərə irqi və ya dini stereotiplərə əsaslanan təhqirlər edilməsinə imkan verməməsi vacibdir. Bu, yalnız Qafqazdakı ehtirasları və ab-havanı qızışdıracaq", - məqalədə deyilir.

Məqalədə həmçinin Dağlıq Qarabağdakı Şuşa şəhərinin, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin 20%-nin hamısının BMT tərəfindən Azərbaycanın əraziləri kimi tanındığı, BMT Təhlükəsizlik Şurasının isə Ermənistan qoşunlarının dərhal geri çəkilməsini tələb edən 4 qətnamə qəbul etdiyi xatırladılıb.

"Ermənistan Azərbaycanı ittiham edərkən müharibə zonasından uzaq olan Azərbaycanın tamamilə dinc şəhərlərinin– Gəncə, Tərtər, Beyləqan, Goranboy və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevirin raket atəşlərinə məruz qaldığı xəbərləri gəlir", - məqalədə yazılıb.

Monoetnik və monodinli Ermənistandan fərqli, Azərbaycanın dünyəvi, tolerant və multikultural dövlət kimi tanındığı da vurğulanır.

"Ölkə əhalisinin əksəriyyəti İslam dininə sitayiş etsə də, bu, müsəlman kimliyi dindən daha çox mədəniyyətə və etnik mənsubiyyətə əsaslanır. Azərbaycanda yəhudilər, xristianlar və digər dinlərə sitayiş edənlər harmonik şəkildə bir arada yaşayırlar və ölkənin Konstitusiyası bütün inanclı insanların dinlərini məhdudiyyət olmadan seçib, ona sitayiş edə biləcəyini təmin edir. Azərbaycan ölkədə onlarla kilsə və 7 sinaqoqun bərpasını maliyyələşdirməklə yanaşı, xaricdəki dini obyektlərin, o cümlədən Parisdəki Notr-Dam kilsəsinin, Vatikandakı Marçellino və Pyetro katakombalarının, Gürcüstanda sinaqoq və kilsələrin bərpasıba dəstək olur. Antisemitizm olmayan ölkə kimi tanınan Azərbaycan əsrlər boyu qədim dağ yəhudiləri icmasının (Qubada) evi olub", - məqalədə deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 988   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133