Moskvada ticarət mərkəzində iki uşaq ekskalatordan yıxıldı – ANBAAN VİDEO

Moskvada ticarət mərkəzində iki uşaq ekskalatordan yıxıldı – ANBAAN VİDEORusiya paytaxtında ticarət mərkəzində bədbəxt hadisə baş verib. Belə ki, iki uşaq eskalatordan yıxılıb. Onlardan biri uşaq arabasında olub, balaca qız isə onu eskalatordan endirmək istəyib.

BiG.AZ xəbər verir ki, bu barədə "Moskovskiy komsomolets" xəbər verib.

Bununla bağlı kadrlar sosial şəbəkədə paylaşılıb.

Qıza tibbi yardım lazım olmayıb. Oğlan isə xəstəxanaya yerləşdirilib: onun iki dişi qırılıb, dili zədələnib. Bununla belə uşağın vəziyyəti qənaətbəxş hesab olunur.

Hadisə ilə əlaqədar ailə və ticarət mərkəzinin uşaqların ekskalatora çox yaxınlaşmasına imkan verən işçiləri barədə yoxlamalar başlanılıb. (oxu.az)

Moskvada ticarət mərkəzində iki uşaq ekskalatordan yıxıldı – ANBAAN VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1517   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş