Tramp düşmənlərini açıqladı

Tramp düşmənlərini açıqladıABŞ Prezidenti Donald Tramp Arizona ştatında keçirilən seçkiqabağı mitinq zamanı düşmənlərini sadalayıb.

BiG.AZ xəbər verir ki, bununla bağlı "RİA Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, rəqibi Co Baydendən başqa, o, solçu KİV-lər, texnologiya nəhəngləri və "Vaşinqton bataqlıları" ilə mübarizə aparır. Aydındır ki, o, sonuncu termində müəyyən qanunların müəyyən sektorlar və şirkətlərin lehinə qəbul edilməsini müdafiə edən lobbi sənayesini nəzərdə tutur.

Qeyd edək ki, bundan əvvəl Tramp Federal Təhqiqatlar Bürosunu Baydenlə bağlı araşdırmalar aparmağa çağırıb.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4667   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş