Tramp dünyaya meydan oxudu - Ən güclü silahlar bizdədir - xeberler

Tramp dünyaya meydan oxudu - Ən güclü silahlar bizdədir

Tramp dünyaya meydan oxudu - Ən güclü silahlar bizdədirABŞ Prezidenti Donald Tramp ölkəsini silahlandırmaqla öyünür və dünyada zor gücü ilə barışıq yaratmaq istəyir.

O bunu Viskonsində mitinqdə çıxış edərkən deyib.

Trampın sözlərinə görə, yeni silahlar yaradıldıqdan sonra ABŞ hərbi baxımdan dünyanın ən güclü ölkəsinə çevrilib. Lakin ABŞ lideri bildirib ki, silahların heç vaxt istifadə olunmayacağına ümid edir:

"İndi ən güclü silahlı qüvvələr bizdədir. Rusiya, Çin, Şimali Koreya və dünyanın digər bütün ölkələri bizə həsəd aparır. Əlimizdə olan silahlara yaxın silaha sahib olan yoxdur. Və ümid edirik ki, heç vaxt onları istifadə etməli olmayacağıq. Ancaq biz güc mövqeyi tətbiq etməklə sülh quracağıq. Bütün bunlar onun üçündür".(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4489   Tarix: 18 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş