Energetika Nazirliyi: Ermənistan enerji infrastrukturunu atəşə tutur

Energetika Nazirliyi: Ermənistan enerji infrastrukturunu atəşə tuturErmənistanın silahlı qüvvələri mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu günə olan məlumatlara görə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.

Belə ki, Goranboy rayonunda 35 kV-luq "Gülüstan", 110/30/10 kV-luq "Naftalan" yarımstansiyadan çıxan 10 kV-luq "Əzizbəyov", "2-ci Subartezian" hava xətləri və 2 ədəd transformator vurulub.

Tərtər rayonunda 35 kV-luq "İsmayılbəyli" yarımstansiyasından çıxan 10 kV-luq "1№-li Hüsənli" hava xətti 9 yerdən, "3 №-li Qaraqoyunlu" hava xətti 11 yerdən, "4 №-li Qaynaq" hava xətti 17 yerdən, "5 №-li Evoğlu" hava xətti 1 yerdən, "10№-li Qapanlı" hava xətti 12 yerdən, "6 №-li Qarağacı" hava xətti 3 yerdən vurulub. Bu xətlərin, həmçinin yararsız vəziyyətə düşmüş 35 kV-luq "Dəmirçilər", "İsmayılbəyli" hava xətlərinin, eləcə də 110/35/10 kV-luq "Tərtər" yarımstansiyasından çıxan və 30 dəfə vurulmuş 10 kV-luq "6 №-li Şıxarx" hava xəttinin təmir-bərpası hələlik mümkün olmayıb. 110/35/10 kV-luq "Tərtər" yarımstansiyasından çıxan və dəfələrlə atəşə məruz qalmış 10 kV-luq "3 №-li AzGes", "8 №-li Şəhər", "11 №-li Sarıcalı", "9 №-li Şəhər", 1 №-li Qaradağlı" və "4 №-li Seydimli" hava xətləri isə bərpa olunub.

Füzuli rayonunda 35 kV-luq "Horadiz-Böyük Bəhmanlı" hava xətti , 35/10 kV-luq "Mahmudlu" yarımstansiyasından çıxan 10 kV-luq "Qazaxlar" hava xətti vurulub və bərpa olunub. Alxanlı kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkə yararsız haldadır, təmir-bərpa işləri görülür.

Ağdam rayonunda 35 kV-luq "Quzanlı-1", "Quzanlı-2" hava xətləri, 35/10 kV-luq "Əfətli", 110/35/10 "Təzəkənd, 35 kV-luq "Xındırıstan" , 35 kV-luq "Baharlı", 35/10 kV-luq "Baharlı", 35/10 kV-luq "Ergi-1" və 110/35/10 kV-luq "Ergi" yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri dəfələrlə atəşə məruz qalıb. Bu hava xətləri bərpa edilib, lakin vurulan 3 ədəd transformator tamamilə yarasız vəziyyətdədir.

Ağcabədi rayonunda 35/10 kV-luq "Qiyamədinli" yarımstansiyasından çıxan 10 kV-luq "Arazbarı" hava xətti 4 dəfə vurulub və bərpa olunub.

Naftalanın Qaşaltı kəndində və Göygölün Tovuzlar kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkələr yararsız haldadır, təmir-bərpa işləri görülür.

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar 27 sentyabr tarixindən etibarən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli rayonu üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədi rayonunun 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır.

Bu gündən Beyləqan rayonunun 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdam rayonunun 1 kəndi (İmanqulubəyli kəndi) və 5 qəsəbəsi (83 saylı Yeni İmanqulubəyli, İmanqulubəyli, Quzanlı, Quzanlı-1 və Qasımbəyli qəsəbələri, 689 saylı qəsəbə) təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2449   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 725
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 272
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 532
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 649
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 335
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 458
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 134