Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıbMüdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb.

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

AYTƏN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 458   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş