Gürcüstan XİN Minsk Qrupuna çağırış etdi - xeberler

Gürcüstan XİN Minsk Qrupuna çağırış etdi

Gürcüstan XİN Minsk Qrupuna çağırış etdiGürcüstan Azərbaycan və Ermənistan arasında itkilərlə nəticələnən növbəti hərbi toqquşmalardan narahatdır.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Gürcüstan tərəflər arasında atəşkəs haqqında razılığın əldə olunacağına ümid edir: "Tərəflərin danışıqlara qayıdacağı və bütün regionda təhlükəsizliyə təhdid olacaq genişmiqyaslı hərbi əməliyyatlardan çəkinəcəklərinə ümidvarıq".

XİN ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatları eskalasiyanı dayandırmaq və konstruktiv dialoqa nail olmaq üçün bütün səyləri səfərbər etməyə çağırıb: "Gürcüstan bölgədə deeskalasiya və sülhü təşviq etməyə hazırdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1704   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş