Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub

Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olubErmənistan müdafiə naziri David Tonoyanın rusiyalı həkmarı Sergey Şoyqu ilə görüşünün əsas məqsədi məlum olub. Məqsəd Ermənistan baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etməkdir.

"MediaPost" xəbər verir ki, bir neçə saat bundan əvvəl Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook" səhifəsində maraqlı status paylaşıb:

"Ermənistan müdafiə naziri David Tonoyan Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfərin məqsədi Rusiyanın "Kapustin Yar" (Volqoqrad şəhəri) hərbi məktəbində keçirilən "Qafqaz-2020" strateji komanda-qərargah təliminin əsas mərhələsində iştirak etməkdir".

"MediaPost"un əldə etdiyi məlumata görə, Tonoyan Rusiyaya bu gün yox, dünən, yəni 24 sentyabr tarixində gedib. Həmin gün axşam saatlarında Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Qeyd edək ki, Tonoyan Rusiyanın münasibət saxladığı yeganə erməni yüksək vəzifəli şəxsdir. Bir sıra mənbələrdə görüşün əsl məqsədi açıqlanıb – Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etmək.

İki ölkə rəhbərinin şəxsi münasibətlərinin sıfıra bərabər olması heç kim üçün sirr deyil. Bunun açıq təsdiqi iki rəhbər arasında rəsmi görüşlərin və ya telefon danışıqlarının olmamasıdır. Sonuncu dəfə Putinlə Paşinyan arasında telefon danışığı Paşinyanın ad günündə olub, Rusiya prezidenti onu ad günü münasibətilə təbrik edib.

O da bildirilir ki, bugünkü səy Paşinyan tərəfindən cəhd edilən, lakin Putin tərəfindən imtina olunan səylərdən biridir.

Görünür, vasitəçi rolunda iştirak edən Tonoyan iki şəxs arasında münasibətləri isitmək və görüş təşkil etmək tapşırığı alıb.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarqsyan ilə də Rusiyanın rəsmi dairələrinin münasibətləri tamamilə pozulub.

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: Qafqaz xalqlarında qəbul olunan qaydaya görə, elçi adətən, oğlan tərəfdən qız evinə göndərilir. Paşinyan ilə Putin arasındakı münasibətlərdə kimin qız, kimin oğlan tərəf olması hamıya bəllidir. Görünən odur ki, bu dəfə qız evi təntiyib və evdə həddən artıq müddətdə qalmış Paşinyan özü elçi düşməyə məcbur olub. Nə deyək, "Allah xoşbəxt eləsin!"

Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olubErmənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3565   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çilidə qar yağdı - VİDEO

Cənubi Amerika ölkəsi Çilidəqar yağıb. BİG.AZ xəbər verir ki, may ayında havaların belə keçməsi insanlar arasında təəccüblə qarşılanıb. Hadisə zamanı gündəlik həyat iflic olub. Sözügedən görüntüləri təqdim edirik:

10.05.2024 137
.

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. Qaynarinfo xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunu

10.05.2024 4354
.

Ermənistan və Qazaxıstan xarici işlər nazirləri Almatıda görüş keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqu

10.05.2024 134
.

Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsind

10.05.2024 734
.

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqlar

10.05.2024 373
.

İlham Əliyev: "Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik"

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi". AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı danışıb. "Minsk qrupunu

10.05.2024 127
.

Texasda daşqınlar oldu: 1 uşaq öldü

ABŞ-ın Texas ştatında güclü yağışlar daşqın olub. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 1 uşaq ölüb. Hadisə yerindən olan görüntüləri təqdim edirik:

10.05.2024 146
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153
.

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. "Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

10.05.2024 236