Marketlərdə bahalaşma olacaq? - İqtisadçıdan PROQNOZ

Marketlərdə bahalaşma olacaq? - İqtisadçıdan PROQNOZQarşıdan payız ayları gəlir. Mütəxəssislərin fikrincə, bu aylarda virusun geniş vüsət alacağı istisna edilmir.

Belə olduğu halda qarşıdakı aylarda marketlərdə qiymət artımı olacaqmı?

Bununla bağlı BiG.AZ-a iqtisadçı Cəfər İbrahimli açıqlama verib:

"Azərbaycanda qida məshullarının böyük əksəriyyəti ölkə daxilində istehsal olunur. Pandemiyanın zirvə dönəmində ölkədə bu sahələrə məhdudiyyət tətbiq olunmadı və işlər olduğu kimi qaydasında davam etdi. Emal sənayəsi işlədi və bazarı kifayət qədər təchiz etdi.

Pandemiyanın ən ağır dönəmində ciddi bir qida çatışmazlığı, yaxud da qiymətlərdə sərt sıçrayış kimi problemlərlə üzləşmədik.

Mütəxəssislərin fikrincə, pamdemiyanın sərt dönəmi artıq geridə qalıb. Bundan sonrakı mərhələ ikinci dalğa olsa belə, birinciyə görə daha rahat keçəcəyi gözlənilir. Belə olduğu təqdirdə hər hansı qida çatışmazlığı ilə bağlı ölkə daxilində bir təhlükənin olacağı gözlənilmir."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş