Qripə və koronavirusa eyni vaxtda yoluxan ÖLƏ BİLƏR

Qripə və koronavirusa eyni vaxtda yoluxan ÖLƏ BİLƏRMövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxma (super infeksiya) insanın ölüm riskini xeyli artırır.

BiG.AZ "The Daily Telegraph" qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Public Health England" (PHE) hökumət xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanvardan aprel ayına qədər xəstəxanalara yerləşdirilən pasiyentlərin xəstəlik tarixçəsinin tədqiqi zamanı "super infeksiyaya" yoluxanlarda ölüm səviyyəsinin 43 faizə çatdığı məlum olub. Halbuki təkcə koronavirusa yoluxanlar arasında bu göstərici 23 faiz təşkil edir.

"İnsanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, lakin bu, belə deyil. Əgər siz hər iki infeksiyaya yoluxsanız ciddi problemləriniz olacaq", - deyə qripli pasiyentlər xəstəxanaya yerləşdirilən zaman koronavirusa yoluxma təhlükəsinə diqqət çəkən PHE-nin tibbi direktoru İvonn Doyl bildirib.

"The Daily Telegraph" qəzetinin məlumatına görə, Böyük Britaniyanın 30 milyona yaxın vətəndaşı mövsümi qripdən pulsuz peyvənd hüququ qazanacaq ki, bu da səhiyyə xidmətinə koronavirusun ikinci yayılma dalğası ilə effektiv mübarizə aparmağa imkan verəcək. Birləşmiş Krallıq tarixində əhalinin vaksinasiyası üzrə ən iri proqram 50 yaşdan yuxarı bütün sakinləri, 12 yaşına qədər uşaqları, tibbi işçilərini və əhalinin zəif təbəqəsini əhatə edəcək.

Böyük Britaniya koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələrdən biridir. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, ölkədə koronavirusa yoluxan insanların sayı son sutka ərzində 4368 nəfər artaraq 398 min 625-ə çatıb. Epidemiyanın əvvəlindən bəri Birləşmiş Krallıqda COVID-19 xəstəliyi səbəbindən 41 min 788 nəfər həyatını itirib. (Azərtac)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1047   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1321
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1223
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 190
.

Xərçəngin ən çox yayıldığı ölkələr – SİYAHI

Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır. Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər. -ın xarici mediaya istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyy

31.12.2023 1444
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 686
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 437
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 880
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 332
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 845