Azərbaycanda məktəbli İNTİHAR ETDİ

Azərbaycanda məktəbli İNTİHAR ETDİQuba rayonunda intihar hadisəsi baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə Püstəqasım kəndində qeydə alınıb.

Belə ki, Rustov kənd inzibati ərazi dairəsinin tərkibində olan Hacağalar kənd sakini, 2004-cü il təvəllüdlü Ülvi Rufət oğlu Mustafayev özünü Püstəqasım kənd sakinin Sultan Yəhyayevin evinin həyətyanı sahəsində asıb.

Məktəbli Püstəqasım kənd sakinləri ilə birlikdə bir müddətdir alma yığmağa gedirmiş. Ancaq bu gün işə getməyərək Sultan Yəhyayevin evində qalıb. Daha sonra onu həmin evin həyətyanı sahəsində tut ağacından asılmış vəziyyətdə görüblər.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3313   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş