""Space" Azərbaycan televiziya tarixinin qara ləkəsidir"

""Space" Azərbaycan televiziya tarixinin qara ləkəsidir""Bu düşüncəylə yaşayıb, pul qazanmalıyam. Korrupsiya bilmirəm, oğurluğu bacarmıram. Bizim televiziyanın konseptində istədiyin verilişi edə bilməzsən. Son 5 ildə televiziyamız elə hala düşüb ki, oradan qaçmaq lazımdır və mən də qaçdım. Bizə atalar öyrədib ki, ər arvadından danışmaz, giley etməz. Bu bizim mənəvi, ənənəvi onurğa sütunumuzdur. Bunu dağıdan millətin düşmənidir. Deyirlər, həyətdə arvadı çağıranda adını belə çəkmə. Dostlar yanında oturanda arvaddan danışmaq olmaz. Veriliş açırlar ər gəlir arvaddan danışır, arvad kişidən şikayət edir. Bu nə deməkdir? Bizim mənəvi sütunumuzu televiziya vasitəsilə sındırdılar".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsəni Murad Arifin "Popumuz var" layihəsində deyib. O, efirdə ailə-məişət mövzularına həsr edilən proqramları tənqid edib.

K.Həsənli bildirib ki, telekanallarda vəziyyət getdikcə pisləşir:

"Azərbaycan televiziyasına rüşvət, intellektə düşmənlik, yalançı reytinq girdi. İnsanlarımız televiziyalarımıza nifrət edir. Bu da faciədir... Hər gün "Space"lə savaşım olub. Mənə deyirlər ki, tamaşaçı intellektual verilişə baxmır. Dedim ki, çıxacam "Youtube"da videolar qoyacam, siz də görəcəksiniz. Televiziyada dəyişiklər görmürəm. Dekorativ dəyişikliklər var, mahiyyət yox. Kanalı yandıran kimi görürsən ki, həmin telekanaldır. Bayağılıq və tərbiyəsizliyin azalması dəyişiklik deyil.

"Sizin saat" aparırdım, heç kim demirdi niyə bunu danışdın? Bizim vaxtımızda Eldar Namazov, Etibar Babayev rəhbərim olub. Allah onlara can sağlığı versin. Amma Vaqif Mustafayev deyir, hətta deyir, bunu belə edəcəksiniz. İndi gördüyünüz "Space" onun düşüncəsidir. "Sizin saat" başladı, tutdu və yenidən bağlandı. Mən televiziyaçıyam, orada uğur qazanmışam, sosial şəbəkəyə gəlməməli idim.

"Onda başladıq" efirə getdi, Aqil Abbas mənə zəng vurdu ki, əladır, amma bağlanacaq. Millət vəkilləri oturub baxırdı, qonaq gəlirdi, bu, "Space"in arzusu idi. İki həftə sonra dedi ki, orada cazdan danışmayın. Orada rəqs, mahnı olmalıdır. Vaqif Mustafazadəyə veriliş həsr etdim, səhər yuxudan oyanıb efirə kimlər gəldi. Musiqiçilər çox vaxt səhər yuxudan dura bilmir. Bizdə iclasda savaş çıxdı, ətraflı danışmıram. Qırğın oldu. Vaqif Mustafayev caza nifrət edir. O, hind filmini nümayiş etdirir. Elə bilir ki, camaat hələ də hind filminə baxır.

"Space" təkcə Azərbaycan xalqı üçün yox, televiziya tariximiz üçün qara ləkədir. Elə telekanal ola bilməz.

Sənə baxıb səni söyürlərsə, üzünə tüpürürlərsə, bu, reytinq deyil. Kanallarda janr var, bizdə hamısı eynidir. Müğənni buradan çıxıb, eyni geyimdə gedir başqa kanala. Azərbaycanda ilk canlı efiri mən yaratdım, buna görə də özümə söyürəm. Məni efirdən çıxardıblar, amma ideyam hələ də gedir. İndi divanı qoyub, oxumaq qalıb?".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3671   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Eşq çox gözəl hiss, böyük həyəcandır" - Hadise

"Eşq çox gözəl hiss, böyük həyəcandır. Amma yaxşı olacaqsa,olsun". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Bədbəxt edəcək heç kimə icazə verməyin, həyatınıza daxil etməyin" ,- deyə o əlavə edib

07.05.2024 230
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 438
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

05.05.2024 514
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 500
.

"Mənə görə arzularının üstündən xətt çəkdin"

"Hər il bu vaxt sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən - harada olursaq olaq, sənin qucağın mənim sığınacağımdır. Çörəyimsən, suyumsan. Qaranlıqda yolumu işəqlandıran ən böyük ulduzumsan. Hər gün güzgüdə özümə baxand

06.05.2024 898
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 792
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

06.05.2024 1096
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 6799
.

Nadir Qafarzadədən ÜZÜCÜ XƏBƏR

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. Bu barədə -a sənətçi özü məlumat verib. O bildirib ki, xəstəxanaya yollanıb və müalicə olunur:. "Çox nasazam. Bərk soyuq dəyib. Mənə elə gəlir ki, bir neçə gün əvvəl havada maqnit dalğası var idi, mənə təsir etdi, halsızlaşdım. Həkimə getdim

06.05.2024 1517