ŞAD XƏBƏR: Azərbaycanda evlər ucuzlaşır

ŞAD XƏBƏR: Azərbaycanda evlər ucuzlaşırKoronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək edib. Xüsusilə Azərbaycanın bölgələrində daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət dəyişib.

Daha öncəki aylarla müqayisədə bölgələrdə daşınmaz əmlakın qiymətində enmə müşahidə olunur.

Vəziyyətin bu cür davam etməsi real alıcılara daha uyğun zaman seçməyə imkan verir. Real alıcıları isə bir neçə sual maraqlandırır: bu vəziyyət davam edəcəkmi?

Bununla bağlı kiçik monitorinq aparan Rieltorlar Assosiasiyası İctimai Birliyinin rəhbəri Elnur Fərzəliyev ümumi vəziyyəti qiymətləndirib.

"Sputnik Azərbaycan"a açıqlamasında bildirib ki, karantin dövründə bəzi ərazilərdə kafe-restoranların fəaliyyətinin dayandırılması bəzi obyekt əmlakların da satış qiymətinə təsir edib.

Satışda olan müəyyən obyektlər var ki, ötən ilki qiymətlə müqayisədə cari ildə daha sərfəli qiymətə təklif olunur. Həmin obyektlərin fəaliyyət göstərdikləri müddətdə icarəsi 5 min manat idi. Hazırda isə onlar 1500 manata da icarəyə verilir

Ekspertin dediyinə görə, gündəlik kirayəyə verilən evlərin də qiymətlərində öncəki illə müqayisədə çox böyük fərqlər nəzərə çarpır:

"Ev sahibləri bu evlər boş qalmasın deyə minimum da olsa ödəniş olunmasını istəyirlər. Bu səbəbdən deyə bilərəm ki, artıq regionlardakı obyektlər, evlər satış qiymətində çox dəyər itirib. Gediş-gəlişin bağlanması onların satış qiymətlərinə çox böyük təsir etdi. Hətta bu cür əmlakların bəzilərində satış qiymətlərində yarıyadək enmə müşahidə olundu".

Ekspert rusiyalı turistlərin hər il daha çox üz tutduğu şimal bölgələrində də turist olmadığından böhran vəziyyətinin yaşandığını və qiymətlərin kəskin endiyini deyir. E.Fərzəliyevin sözlərinə görə, növbəti dalğa gələrsə, qiymətlərdə yenidən enmələr müşahidə olunacaq:

"Əvvəllər tələbat çox idi, torpaq sahələri çox satılırdı. İndi isə qiymətlərdə enmələr var. Torpaq hissələrinin bir qismi məmurlara məxsus olduğundan onlar istəyirlər ki, bu torpaqları satıb adlarından çıxartsınlar. Hətta onlar istənilən normal qiymətə də razılaşsalar da, alıcıları yoxdur.

Bundan başqa, bu gün bir çox ölkələrdə COVID-19-un ikinci dalğası müşahidə edilir. Azərbaycanda da bu dalğa təkrarlansa, bu zaman həmin obyektlərdən gəlir əldə olunmayacaq".

Həmsöhbətimizin sözlərinə görə, regionlarda əmlak bazarında 30 faizədək ucuzlaşma var. Yəni, bu müddətdə qiymət artımı ümumiyyələ müşahidə olunmayıb.

İqtisadçı Əkrəm Həsənov isə açıqlamasında bildirib ki, bu gün nəinki bölgələrdə, eləcə də Bakıda qiymətlər aşağı düşüb:

"Sadəcə olaraq pandemiya dövründə Bakıda süni yollarla qiymətlərin saxlanılmasına nail olunub. Bu ilin aprelində pandemiyanın təsirlərindən biri kimi İpoteka Fonduna əlavə olaraq 90 milyon manat ayrıldı. Sual oluna bilər ki, ipoteka kreditlərinin pandemiya ilə nə əlaqəsi var?!

Sadəcə olaraq, bununla da daşınmaz əmlak bazarında qiymətin tam düşməməsinə nail olundu".

Regionlara gəlinvə, Əkrən Həsənov hesab edir ki, orada qiymətlərin enməsi təbiidir. Çünki son 15 ildə Azərbaycanda qiymətlər süni şəkildə artırılıb. Bu da əsasən ucuz neft pullarının hesabına olub.

"Ölkədə pul çox idi və buna görə də qiymətlər artmışdı. Bu səbəbdən mən əslində mövcud vəziyyəti qiymətin düşməsi kimi deyil, bazarın öz təbii vəziyyətinə qayıtması kimi qiymətləndirirəm. Azərbaycanda daşınmaz əmlakın qiyməti niyə yüksək olmalıdır?!

Az qala bu qiymətlər Qərbi və Şərqi Avropa ölkələrindəki kimidir. Düşünürəm ki, bu gedişlə regionlarda, o cümlədən Bakıda da qiymətlər düşməkdə davam edəcək", - deyə həmsöhbətimiz əlavə edib.

Əkrəm Həsənov onu da deyib ki, bu gün banklar daşınmaz əmlakı girov götürəndə də onu çox aşağı qiymətləndirirlər. Bu da onunla izah olunur ki, bu gün banklar qiymətlərin daha da düşəcəyindən xəbərdardılar.

Qeyd edək ki, bu gün daha çox alıcıların üz tutduğu Qəbələdə evlərin qiyməti 32 mindən 300 min manatadək, Qaxda 25 min manatdan 120 min manatadək, Xaçmazda 13 min manatdan 600 min manatadək dəyişir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4220   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3