Bakıda bir nəfər naməlum şəraitdə bıçaqlanıb

Bakıda bir nəfər naməlum şəraitdə bıçaqlanıbBakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 1-ci mikrorayonda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Bayramov Habil Rasim oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda və döş qəfəsində üç ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 472   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş