QƏRİBƏ HADİSƏ: Uşağı dünyaya gətirdikdən sonra... - xeberler

QƏRİBƏ HADİSƏ: Uşağı dünyaya gətirdikdən sonra...

QƏRİBƏ HADİSƏ: Uşağı dünyaya gətirdikdən sonra...Xəstəxanaya müayinə üçün gedən qadının orada halı pisləşib, özünə gələndə isə artıq ana olduğunu öyrənib.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə İtaliyada baş verib.

Bildirilir ki, 21 yaşlı qadın ayaqlarının şişməsi ilə xəstəxanaya yollanıb. Orada onun halı pisləşib - huşunu itirib, bədən temperaturu 36,1 dərəcəyə düşüb. Pasiyent dərhal tənəffüs aparatına qoşularaq helikopterlə başqa bir xəstəxanaya aparılıb. Burada o, reanimasiyaya salınıb. Müayinə zamanı isə onun səkkiz aylıq hamilə olduğunu öyrənilib.

Pasiyentin anası qızının hər zaman hamiləlik əleyhinə preparat qəbul etdiyini deyib.

Qızda eklampsiya tutmaları (hamilələr və doğan qadınlar üçün ölümcül təhlükəli vəziyyət) müəyyən olunub.

Pasiyentin vəziyyətini stabilləşdirdikdən sonra uşaq dünyaya gətirməsinə icazə verilib. Beləliklə, 21 yaşlı italiyalı hamilə olduğunu uşağı dünyaya gətirəndən sonra öyrənib.

Hazırda ana və övladı neonantal intensiv terapiyadadır. Onların vəziyyəti stabil qiymətləndirilir.