Özəl təhsil müəssisələrinə XƏBƏRDARLIQ EDİLDİ

Özəl təhsil müəssisələrinə XƏBƏRDARLIQ EDİLDİSentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Təhsil Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Lakin sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.

Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2067   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10.05.2024 277
.

Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsind

10.05.2024 734
.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10.05.2024 264
.

İlham Əliyev: "Bu gün Şuşanın yeni tarixi başlayır"

"Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərini

10.05.2024 138
.

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb. xəbər verir ki, İran parlamentində qalan 45 yer üçün ümumilikdə 90 namizəd mübarizə aparır. Martın 1-də keçirilən birinci turda namizədlərin mütləq səs çoxluğunu (50%-dən çox) ala bilməyən 22 seçki dairəsində təkrar seçkilər keçirilir. İslam İnqilabını

10.05.2024 115
.

Prezident: "Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin"

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin". AZƏRTAC xəbər verir ki, bu sözləri Preziden

10.05.2024 156
.

Nigeriyada "Lassa" epidemiyası 4 ayda 156 can aldı

Nigeriyada Lassa qızdırması səbəbindən 4 ayda ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, xəstəlik nəticəsində 156 nəfər ölüb. Lassa qızdırması heyvandan insana ötürülür və ölümlə nəticələnə bilər. Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb. Məlumata görə, Lassa qızdırmasının yayılmas

10.05.2024 79
.

Rusiya:"Donetskdə Novokalinovo qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novokalinovo qəsəbəsini nəzarətə götürdüklərini bildirib. xəbər verir ki, Ukraynaya hücumun həyata keçirildiyi və bu hücumların Ukraynanın enerji obyektlərini, hərbi sənaye müəssisələrini və dəmir yolu infrastrukturunu hədəf aldığı bildirilib. Açıqlamada bildirili

10.05.2024 128
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153