Tarix dərsliyindəki qalmaqallı "Arsax" sözünə ekspertdən AYDINLIQ: "Ermənilərə aidiyyəti yoxdur"

Tarix dərsliyindəki qalmaqallı "Arsax" sözünə ekspertdən AYDINLIQ: "Ermənilərə aidiyyəti yoxdur"7-ci sinif Azərbaycan Tarixi dərsliyində qeyd edilən "Arsax" adının Ermənistanla heç bir əlaqəsi yoxdur.

BiG.AZ xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib. O bildirib ki, "Arsax" sözü qədim türk sözüdür:

"Qarabağın tarixi adı uzun müddət hər yerdə Arsax olaraq keçib. Diqqətinizə çatdırıram "Artsax" deyil, "Arsax" olaraq. Ümumiyyətlə "Artsax" erməniləşdirilmiş bir formadır və erməni dilində belə heç bir məna ifadə etmir. Bu gün ermənilərin iddia etdiyi Arsax vilayətinin ermənilərə heç bir aidiyyəti yoxdur. Tarixən adlandırılan Arsax "igid saklar" demək olub.

Bölgənin Kür-Araz aralığındakı hissəsində eradan əvvəl 7-ci əsrdən etibarən kimmerler, skitlər, saklar tayfaları gəlib məskunlaşanda bu bölgələrdə böyük Sak padşahlığı meydana gəlib. Həmin Arsax vilayətinin də adı bu Sak tayfalarının adından götürülüb".

Ekspert qeyd edir ki, Arsax vilayətinin Qarabağ adlandırılmasından sonra ermənilər bu sözü erməniləşdirərək "Artsax" şəklində istifadə etməyə başlayıblar:

"Onlar bunu bu şəkildə dünyaya təqdim etməyə çalışırlar. Lakin, tarixi mənbələrdə bunun yanlış olduğuna dair məlumatlara rast gəlirik. Çünki, bizim eramızdan əvvəlki dövrdə, eləcə də bizim eramızın ilk əsrlərində indiki Qarabağ ərazisi Arsax adlandırılıb. Qədim Yunan, Roma müəlliflərinin əsərlərində də bu faktlar öz əksini tapıb. Artıq Səlcuqların Azərbaycana gəlişindən sonrakı dövrdə Arsax dəyişdirilərək Qarabağ adlandırılıb. Ümumiliikdə, orta əsrlərin ikinci dövründən etibarən biz bu torpaqları Arsax deyil Qarabağ kimi adalndırmışıq".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə 7-ci sinif Azərbaycan Tarixi kitabında Qarabağ torpaqlarının olduğu ərazinin Arsax kimi qeyd olunması ciddi müzakirələrə səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1327   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447