Dörd kişi əlilliyi olan gənc qadına TƏCAVÜZ ETDİ

Dörd kişi əlilliyi olan gənc qadına TƏCAVÜZ ETDİ

Türkiyənin Kocaeli vilayətinin Kartepe rayonunda əlilliyi olan qadına dörd nəfər təcavüz edib.

“Haber Global” məlumat verir ki, əqli çatışmazlığı olan 20 yaşlı qadın bu barədə qardaşı arvadına xəbər verib.

Ailəsi polisə şikayət etdikdən sonra dindirilən qadın M.Y. adlı şəxsin ona təcavüz edərək şəklini çəkdiyini deyib.

Bundan sonra, həmin şəxs qadının şəkillərini başqa kişilərə göstərib və onu öldürməklə hədələyib.

Qadın qeyd edib ki, ayaqqabı dükanında satıcı ona təcavüz edib və bıçaqla öldürəcəyini deyib.

O, digər iki şəxsin də təcavüzünə məruz qaldığını bildirib.

Faktla bağlı araşdırma başlanılıb. (Oxu.az)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 824 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol