Yaşadığı insan tərəfindən zorakılığa məruz qalan qadın: "Tək çıxış yolunu döyməkdə görürdü"

Yaşadığı insan tərəfindən zorakılığa məruz qalan qadın: "Tək çıxış yolunu döyməkdə görürdü""Onun tək istədiyi pul idi. Məndən ancaq pul tələb edirdi. Nə desəm, necə desəm xeyri olmurdu. Bu adam danışmağı bilmirdi, tək çıxış yolunu döyməkdə görürdü. Ağlınıza belə gəlməyəcək qədər nalayiq söyüşlər söyürdü. Məni ailəmə, qardaşıma zərər vurmaqla təhdid edib, ona pul tapmağımı istəyirdi. İşlədiyim yerdə də hörmətim qalmamışdı, əvvəlcə maaşımı, sonra da pensiya kartımı götürüb, pulları istifadə edirdi. Üzümdə, qolumda döydüyü yerlərin izləri sağalana qədər heç kim görməsin deyə məni bir otağa salıb, qapını bağlayırdı".

Bəzən zorakılığa məruz qalan qadınları təhsilsiz, dünyagörüşsüz olmaları ilə qınayırlar. Lakin, bu vəziyyətdən heç kim sığortalanmayıb. Biz bilmirik ki, sabah bizi həyatda nə gözləyir. Elə 50 yaşlı ali təhsilli, həyatının 20 ilini dövlət orqanlarına xidmətə adamış Sevinc (ad şərtidir) kimi... Sevinc deyir ki, bu vəziyyətdə olduğunu kimsənin bilməsini istəmir, bu, onun üçün utancdır.

Oxu.Az yolu sığınacaqlardan keçmiş daha bir qadının həyat hekayəsini təqdim edir.

Sevinc ilk dəfə 26 yaşında ailə qursa da, övladı olmadığı üçün ailəsi dağılıb. Elə bütün bədbəxdliklər də bundan sonra başlayıb:

"Övladım olmadığı üçün münasibətlərimiz pozuldu və nəhayət illər sonra ailəm dağıldı. Sonra valideynlərimin yanına qayıtdım. Ailəmlə də münasibətlərimiz əvvəlki kimi olmadı. Bir müddət belə davam etdi. İşə gedib-gəlirdim, başımı qatırdım. Bir müddətdən sonra qarşıma bir nəfər çıxdı. Anası-atası vəfat etmişdi. Mənimlə çox maraqlandı, qayğı göstərdi. Bilirdi ki, mən bir dəfə ailəli olmuşam, amma bütün hallarda mənimlə maraqlanırdı. Əvvəllər fikir vermədim, amma sonra diqqətimi çəkməyə başladı".

"Onun şirin sözlərinə, yalan vədlərinə aldandım"

Sevinc deyir ki, onlar rəsmi nikahda olmayıblar, sadəcə qeyri-rəsmi birlikdə yaşayıblar:

"Yaşıma görə istəmədim, yenidən toy və ya başqa yığıncaq edim. O ,məndən bir neçə yaş kiçik idi. Heç ailəm də mənim onunla getməyimə razı deyildi. Düzünü desəm, onların razılığı olmadan həyatımı sərbəst yaşamaq istədiyimi deyib, onunla getdim. Kirayədə qalırdı. Bir neçə ay çox normal münasibətlərimiz oldu. Amma sonra bir anda dəyişdi. Məni döyməyə, söyməyə başladı. Əlimi, qolumu bağlayıb, təhqir edirdi. Ondan iki dəfə şikayət etmişəm və ayrılmışam. Amma işlədiyim yerdən məni tapıb, yenidən yalvararaq barışmışdı. Mən də şans vermək qərarına gəldim, amma kaş qayıtmazdım".

"Məni günlərlə döyüb bir otaqda bağlı saxlayırdı ki, qaçmayım"

Birlikdə yaşadığı insanın onu saçımdan tutub sürüdüyünü deyən Sevincin sözlərinə görə, oğlan onun yenidən qaçacağını düşünərək, ailəsinə hədə-qorxu gəlirdi:

"Məni öldürəcəyi ilə hədələyirdi. Bir gün axşam məni anamgilə göndərdi ki, get, pul gətir. Amma qaçmağı düşünmə səni onsuz da tapacam, sən gəlməsən də, ailənə pislik edəcəm. Mənə deyirdi ki, 50 manatdan az pul gətirsən, sümüklərini sındıracam. Bilmirəm o pulları hara xərcləyirdi. Onun ucbatından mənim hər kəsə borcum var. Əlimdə-ovcumda olan, çalışdığım, illərdə yığdığım bütün pulları xərcləyib, aldığım əşyaları hamısını satıb, pul edib.

Pul gətirməyəndə məni döyüb, otağa bağlayırdı. Səhərə qədər qapıda yatırdı ki, qaçmayım. Yaraların izləri keçəndən sonra otaqdan çıxarırdı. Hər şeyə dözərdim, amma məni istəmədiyim hərəkətləri etməyə vadar edirdi. Şəxsiyyətimi, ləyaqətimi alçaldırdı. Qadınlıq qürurumu tapdalayırdı. Artıq dözə bilmədim və nəhayət bir gecə pul gətirmək adı ilə evdən qaçdım. Mənə kömək edən insanlar sayəsində həyatım xilas oldu. Amma yenə də dolanışığımı təmin etmək üçün işləməliyəm, məni gördüyü yerdə öldürəcəyini dediyi üçün narahatam. Mən heç kimdən heç nə istəmirəm. Sadəcə ailəmin və öz həyatımın təhlükəsizliyinin təmin olunmasını istəyirəm. Aidiyyəti orqanlara müraciət etmişəm, hüquq-mühafizə orqanları da bu məsələ ilə maraqlanır. Ümid edirəm ki, normal həyatıma qayıda biləcəm".

Sevinc deyir ki, oğlanın onu ölümlə hədələdiyini, ailəsinə ziyan verəcəyini sübut edə bilmir:

"Mən istəmirəm ki, mənə görə ətrafımdakı insanlara ziyan gəlsin. Heç kimdən başıma gələnlərə şahidlik etmələrini istəyə bilmirəm. Onlara nəsə olsa, vicdan əzabı çəkərəm. Son bir neçə aya qədər ailəmlə əlaqə saxlamağa da qorxuram. Eşidirəm ki, ailəmə zəng edir, məni axtarır. Onları hədələyir. Gələcəkdə nə olacağını bilmirəm. Bu insanın məndən və ailəmdən uzaq olması üçün dua edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1201   Tarix: 12 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 289
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 798
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505