"Azərbaycan Ordusu hərbi əməliyyatlara tam hazırdır"

"Azərbaycan Ordusu hərbi əməliyyatlara tam hazırdır""Əvvəllər ordumuzun şəxsi heyəti hərbi texnikanı sadəcə görürdü, texnikadan istifadə edə bilmirdi. Bu gün isə müasir texnikadan istifadə edərək döyüş qabiliyyətini artırır".

Bunu "MediaPost"a açıqlamasında ordudakı islahatlardan danışan hərbi ekspert Ramil Məmmədli deyib.

Hərbi ekspert bildirib ki, 2013-cü ildən orduda başlayan islahatlar, son 6 ildə Azərbaycan Ordusunun yenilənməsi - peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işlərin faktlarıdır:

"Ordu sahəsindəki faktlar düşməni narahat etməyə bilməz. Bu narahatlıq ordumuzun müasir hücum texnikası ilə silahlanmasına görədir. Bu gün Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard ABŞ dolları həcmində silah və texnikanın əldə olunmasına dair prosesin icrasını həyata keçirir. Bununla yanaşı, müdafiə sənayesi sektorunda dünyanın ən yaxşı şirkətlərinin məhsulları alınır. Bu göstəricilər düşmən tərəfin gərginliyinə, qorxusuna səbəb olur. Ordu təchizatında olan müasir silahlar düşməni məhv etmək üçün onların mövqelərinə tuşlanıb. Bununla da, Azərbaycan Ordusunun hərbi əməliyyatlara tam hazır olduğuna deyə bilərik".

R. Məmmədlinin sözlərinə görə, Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni hərbi birləşmələrinə qarşı uğurlu əməliyyatları bu cür zərbələrin davamlı olacağını istisna etmir:

"Ordumuz son illərdə hücum silahlarına üstünlük verir, əldə etdiyimiz silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək ərazilərimizin işğaldan azad edilməsi üçün nəzərdə tutulub. Bir sözlə, hər an başlana biləcək hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq".

"Əvvəllər təmas xəttinə yaxın ərazilərdəki bölmələrin dislokasiya yerlərində, əsgər yataqxanalarında şərait standartlara cavab vermirdi. Hərbi hissələr, əsgər yataqxanaları köhnədən qalma və sonradan təmir olunmayan binalarda yerləşirdi. Lakin cəbhəboyu zonaya və ön xəttə səfərlərimdə gördüm ki, 6 ildir bu məsələlərdə ciddi dönüş başlanıb. Hazırda islahatlar davam edir, hərbi hissələr təmir olunub, yeniləri tikilərək istifadəyə verilib, hərbçilərimiz müasir tələblərə cavab verən yataqxanalarla təmin edilib" - deyə, hərbi ekspert bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1370   Tarix: 04 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aleksandr Stepanov: "Paris ədəb-ərkandan kənara çıxır"

Yeni Kaledoniyada - Fransanın xarici ərazisi deyilən yerdə artıq bir neçə gündür ki, onlarla insanın ölümü və yaralanması ilə nəticələnən etiraz aksiyaları və hətta iğtişaşlar davam edir. Paris bəzi ərazilərə nəzarəti bərpa etməyə çalışan yüzlərlə hərbçi və polis məmurunu koloniyasına göndərib. İğtişaşlar

11:00 109
.

Prezident: "Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi tarixi hadisədir

"Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. "Report" xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası"

14:00 0
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsir

18.05.2024 210
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

18.05.2024 193
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 260
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 259
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 190
.

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq. "Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdi

18.05.2024 168
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 327