Film kimi hadisə: Ana və oğlu mağaza sahiblərini döydü, sonra isə... - VİDEO

Film kimi hadisə: Ana və oğlu mağaza sahiblərini döydü, sonra isə... - VİDEOİsmayıllı rayonunda xuliqanlıq hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərinin Nizami küçəsində qeydə alınıb.

Rayon sakinləri Güllü Yusubova və oğlu Nəsib Yusubov şəhərin Nizami küçəsi, 2 ünvanında yerləşən və sahibkar Ələkbər Əsgərliyə məxsus "Qardaşlar" adlı mağaza, çay evi və avtomobillərin yağdəyişmə məntəqəsinə gələrək orada münaqişə yaradıblar. Hər üç obyektin sahibi onların bayıra çıxmasını tələb edərkən ana və oğlu mağaza sahibi Ə.Ələsgərlini və onun qardaşı Asim Əsgərlini döyüb, oradakı vitrinləri dağıdıb, ərzaq və digər məhsulları yerə atıb, inventar avadanlıqları sındırıblar. Sonra N.Yusubov avtomobilinə əyləşərək onu mağaza sahibinin qardaşı A.Əsgərliyə məxsus "VAZ 2107" markalı minik avtomobilinə çırpıb.

Mağaza sahibi və qardaşı bu şəxslərin törətdiyi xuliqanlıq hərəkətləri barədə şikayət etmək üçün rayon polis şöbəsinə gedərkən yenidən növbəti hücuma məruz qalıblar. N.Yusubov avtomobil ilə sürətlə hərəkət edərək, qarşıda gedən A.Ələsgərlinin idarə etdiyi "VAZ 2107" markalı avtomobilinə çırparaq onu aşırıb.

Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mağaza və avtomobil sahibi olan qardaşlara beş min manat maddi ziyan dəyib. G.Yusubova isə deyilənləri inkar edir. O, hadisənin tam tərsinə baş verdiyini deyir. G.Yusubova ilkin olaraq digər tərəfin onun oğluna xəsarət yetirdiyini və münaqişənin bundan sonra baş verdiyini iddia edir. G.Yusubova iddia edir ki, obyekt sahibinin oğluna qarşı düşmənçilik ədavəti olub.

Xuliqanlıqda təqsirləndirilən ana və oğlu polis şöbəsinə dəvət edilib və izahatları alınaraq sərbəst buraxılıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1433   Tarix: 02 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 259
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

TOP MP3