Bunları bilməyiniz vacibdir: Əşyaları təmizləyərkən...

Bunları bilməyiniz vacibdir: Əşyaları təmizləyərkən...Evinizdə hansı əşyaları nə qədər müddətdən bir təmizləmək lazım olduğunu bilirsinizmi?

BiG.AZ Lent.az-a istinadən sizə yataq dəstlərinin, dəsmal, eynək, soyuducu və digər əşyaların təmizləməsi ilə bağlı ipuclarını təqdim edir:

Dəsmallar

Əl və bədən dəsmalları ən çox təmizlənməli olan əşyalar arasındadır. Bakteriya istehsalında aktiv olan dəsmalları həftədə ən azı 2 dəfə dəyişdirməlisiniz. Dəyişdirdiyiniz dəsmalları çirkli səbətdə saxlamadan yumağı tövsiyə edirik.

Yataq dəstləri

Günümüzün 6-8 saatını yataqda keçiririk. Biz bundan xəbərsiz olsaq da, yataq dəstləri çox tez çirklənir. Yataq dəstlərinizi həftədə bir dəfə təmizi ilə dəyişməlisiniz. Yastıq örtüklərini uzun müddət dəyişməsəniz, dəri problemlərinizə də səbəb ola bilər.

Tualet / vanna otağı

Evdə ən çox istifadə olunan və ən çox diqqət olunmalı yer tualet / vanna otağıdır. Bu bölgəni həftədə bir dəfə anti-bakterial məhsullarla təmizləməli və həftə ərzində yüngülvari gigiyenik qaydalara riayət etməklə əl gəzdirməlisiniz.

Döşəmə

Böyüklərimiz nə deyir? "Döşəmələr təmizdirsə, bütün ev təmiz qalır!" Niyə? Çünki yer çirkləndikdə ayaqlarımız avtomatik olaraq çirklənir və ayaqlarımızla toxunduğumuz yerlər də kirli olur. Həftədə iki dəfə süpürüb, bir dəfə silsəniz, döşəmələr kifayət qədər təmiz qalacaq.

Xalçalar

Xalçalarınızı ancaq üzərinə nəsə töküldükdə, yaxud gözəçarpacaq dərəcədə kirləndikdə təmizləməməlisiniz. Onları hər 1,5-2 aydan bir təmizləməlisiniz və ya yuyulmağa göndərməlisiniz. Çoxlu kir və bakteriya mənbəyi olan xalçalar evdə hər zaman təmiz saxlanılmalı olan əşyalardandır.

Qabyuyan maşın

Qabyuyan maşın, şübhəsiz ki, həyatımızı xilas edən ixtiralardan biridir. O olmasaydı, qabları əllərimizlə yumaq məcburiyyətində qalardıq. Bulaşmış qablarımızı təmizləyən bu maşının mütəmadi təmizliyə ehtiyacı olduğunu bilirsinizmi? Həftədə bir dəfə maşınınızın ən aşağı hissəsində yerləşən filtri yumalı və ayda bir dəfə bu iş üçün istifadə olunan yuyucu vasitə ilə təmizləməlisiniz.

Paltaryuyan maşın

Qabyuyan maşından sonra ixtirasına minnətdar olduğumuz bir şey varsa, o da mütləq paltaryuyan maşındır. Paltaryuyan maşınınızı da 2 aydan bir yuyucu vasitə ilə təmizləməlisiniz.

Soyuducu

Soyuducunun təmiz olması çox vacib bir məsələdir. Yeməyimizi saxladığımız yerin kifayət qədər gigiyenik olması vacibdir. Buna görə ayda bir dəfə soyuducunuzu yaxşıca təmizləməlisiniz. Bütün rəfləri boşaltdıqdan sonra soyuducunuzun içini sodalı su ilə təmizləyə bilərsiniz.

Soba

Soba mətbəxdə ən çox istifadə olunan əşyalardan biridir. Qapısı bağlı olduqda, təmiz və ya çirkli olub olmadığı görünmür, amma nəticədə yemək üçün istifadə olunur və buna görə də təmiz olması son dərəcə vacibdir. Sobanızı ayda bir dəfə təmizləmək kifayətdir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1502   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724