Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Azərbaycanda bir sıra sənət adamlar var ki, onlar nə qədər qəribə görünsə də, təxəllüs kimi götürdükləri bölgədən deyillər. Məsələn, məşhur meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Şəbnəm Tovuzlu və sair.

BiG.AZ "Ölkə.Az"a istinadən sözügedən sənətçilərin bir qrupunu əslən hansı bölgədən olduğunu araşdırıb.

Meyxanaçı Namiq Qaraçuxurlu əslən Göyçay rayonundandır. Sadəcə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində böyüdüyünə görə özünə "Qaraçuxurlu" təxəllüsünü götürüb.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Daha bir meyxanaçı Orxan Lökbatanlı da əslən başqa bölgədəndir. O, bu barədə qonaq olduğu verilişlərdən birində də deyib ki, İmişlidəndir.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Digər bir söz ustadı da təxəllüsündən fərqli olaraq, başqa bölgəni təmsil edir. Əhmədli meyxana məktəbinin yaradıcısı kimi tanınan Mehman Əhmədli Şəki rayonundandır.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Namiq Məna (Coratlı) kimi məşhurluq qazanan meyxanaçı isə əslən Qubadlı rayonundandır.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Meyxanaçı Rəşad Dağlı Xızı rayonunda anadan olub.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Xuraman Şuşalı əslən Xankəndi şəhərindəndir.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Müğənni Şəbnəm Tovuzlu da əslində başqa bölgəmizdəndir. Belə ki, o, Tovuz rayonunda böyüsə də, valideynləri Cəlilabaddandır.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Tanınmış aktyor, əməkdar artist Bəhram Bağırzadəni bir çoxları bakılı kimi tanıyır. Ancaq o, Bakıdan yox, Şamaxındandır.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO

Əməkdar artist Ədalat Şükürov Sumqayıt şəhərində anadan olub. Ancaq sənətçi əslən Qazax rayonundandır.

Onlar əslən HARDANDIRLAR? - SİYAHI+FOTO


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4643 Tarix: 12.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol