İlham Zəkiyev və Hacı Əliyevə yeni vəzifə verildi
Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçilib.
BiG.AZ xəbər verir ki, karantin rejiminin tələbləri nəzərə alınaraq, onlayn formatda keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib.
İclasda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün İdmançılar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir.
Komissiya üzvləri tərəfindən sədrlik üçün cüdoçu, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin, sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli sürülüb.
Keçirilən səsvermədə hər iki təklif yekdilliklə dəstəklənib. Beləliklə, İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri, Hacı Əliyev sədr müavini seçilib.
Qeyd edək ki, İdmançılar Məsləhətçi Komissiyası yanvarın 21-də təsis olunub. 12 üzv idmançıdan ibarət komissiyanın missiyası AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı AMADA-ya tövsiyələr verməkdir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1495 Tarix: 12 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13.09.2021 1755 Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"
İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind
12.09.2021 850 Dünya çempionumuz koronavirusa yoluxdu
Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal
31.08.2021 1111 Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub
İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu
29.08.2021 1121 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954 Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO
Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde
28.08.2021 736 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834 Futbolda BU DA OLDU: Baş məşqçi...
Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua
27.08.2021 1769 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349